top of page

“Bayern” Tuxel gələndən sonra daha pis oynamağa başladı” – Keçmiş futbolçu

Almaniya millisinin sabiq üzvü Lotar Matteus Tomas Tuxelin gəlişindən sonra “Bayern”in oyunu haqda danışıb.


90plus.az “Bild” nəşrinə istinadən xəbər verir ki, keçmiş futbolçu, “Bayern”in Tuxelin rəhbərliyi altında daha pis oynadığını deyib:


“Baş məşqçi dəyişikliyinə qədər də çoxlu səhvlərə yol verildi ki, bu da Yulian Naqelsmannın işdən qovulmağa səbəb oldu. Bununla belə, Naqelsmannın rəhbərliyi altında “Bayern” trebl üçün yol aldı və Tuxel gələndən sonra daha pis oynamağa başladılar”.


49 yaşlı mütəxəssis bu ilin martında Naqelsmannı baş məşqçi postunda əvəzləyərək, “Bayern”ə keçib. Bundan sonra Münhen komandası Çempionlar Liqası və Almaniya kubokunu tərk edib. 33-cü turda “Bayern” “Leyptsiq”ə uduzub (1:3) və çempionatın bitməsinə bir tur qalmış Bundesliqada liderliyi əldən verib.

0 comments

Recent Posts

See All

Comments


bottom of page