Almaniya Bundesliqasında 27-ci tura start verilib.
90plus.az xəbər verir ki, 5 matç artıq başa çatıb. Lider "Bavariya" "Frayburq"a 1:0, Dortmund "Borussiya"sı "Union"a 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, "Bayern Münhen" 58 xalla 1-ci, "Borussiya" 56 xalla 2-ci, "Union" 51 xalla 3-cüdür.
"Borussiya" (Dortmund) - "Union" - 2:1
Qollar: Malen, 28 (1:0), Behrens, 61 (1:1), Moukoko, 79 (2:1)
"Frayburq" - "Bayern Münhen" - 0:1
Qol: De Liqt, 51