top of page

Bayraq boğazına dolandı, dünyasını dəyişdi

Argentinanın paytaxtı Buenos-Ayresdə milli komandanın dünya çempionatındakı qələbəsi şərəfinə keçirilən şənlik zamanı bir azarkeş dünyasını dəyişib.


90plus.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, hadisə Baiya-Blanka yaxınlığında baş verib. Yığmanın qələbəsini qeyd edən 22 yaşlı fanat boynuna bağladığı bayrağın motosikletin təkərinə ilişməsindən sonra boğularaq ölüb.


Qeyd edək ki, Qətərdə keçirilən mundialın finalında Fransanı məğlub edən Argentina millisi tarixində 3-cü dəfə dünya çempionu olub.

0 comments
bottom of page