Bayraqdarımız medalsız qaldı

Azərbaycan komandasının bayraqdarı Oloxan Musayev Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizə aparıb.

90plus.az xəbər verir ki, para-atlet nüvə itələmə növündə qüvvəsini sınayıb.

O, 11,89 metr nəticə ilə 5-ci yeri tutub.


Qeyd edək ki, bu gün paracüdoçularda Vüqar Şirinli (60 kq), Şəhanə Hacıyeva (48 kq) qızıl, Namiq Abaslı (66 kq) bürünc medal qazanıb. Bundan əlavə üzgüçü Roman Saley də paralimpiya çempionu olub.


Daha əvvəl Azərbaycan komandasında paurliftinqçi Pərvin Məmmədov (49 kq) bürünc medala sahib çıxıb.

0 comments