"Bazel"lə oyun "Tofiq Bəhramov"da baş tutmayacaq

Konfrans Liqasının qrup mərhələsində mübarizə aparacaq "Qarabağ"ın "Bazel"lə oyununun yeri dəyişdirilir.

90plus.az "FutbolPress"ə istinadən xəbər verir ki, Ağdam klubu İsveçrə təmsilçisini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edə bilməyəcək. Buna səbəb arenanın ot örtüyünün münasib vəziyyətdə olmamasıdı. Ayın 16-na qədər qazonun yaxşılaşma ehtimalı azdı. Bu səbəbdən qarşılaşma başqa stadionda keçiriləcək.


Matçın harda oynanacağı hələlik dəqiqləşməyib. Əsas variant görüşün Bakı Olimpiya Stadionunda keçirilməsidi. Yaxın günlərdə bununla bağlı yekun qərar veriləcək.


"Qarabağ" daha əvvəl "Bazel"lə matçı səfərdə keçirmək üçün müraciət etsə də, UEFA bunu qəbul etməyib. Qİtə futbol qurumu ölkə daxilində başqa arena təklif edilməsini istəyib.

0 comments