"Bazel" "Qarabağ"la oyundan öncə xal itirdi


İsveçrə çempionatında 6-cı turun oyunları keçirilib. 90plus.az xəbər verir ki, "Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Bazel” səfərdə "Luqano" ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb. "Luqano" 1-1 "Bazel" Qollar: Artur, 29, Abubakar, 69 Qeyd edək ki, “Qarabağ”ın “Bazel”lə ilk oyunu sentyabrın 16-da Bakıda, ikinci görüşü isə dekabrın 9-da səfərdə keçiriləcək.

0 comments