top of page

Baş məşqçi: “Bilirəm, bu Musaya ağır zəbrbədir” Musa: “Mən çox çalışıram”…


İsveçin “Yurqorden” klubunun baş məşqçisi Tomas Lagerlöf azərbaycanlı hücumçu Musa Qurbanlının meydana çıxmaması barədə danışıb.


90plus.az xəbər verir ki, çalışdırcı futbolçuda ruh düşkünlüyünün olduğunu deyib. O ötən yay transfer olunan “Qarabağ”ın və Azərbaycan millisinin futbolçusu Musa Qurbanlıya böyük ümidlər bəslədiyuni söyləyir.

Lakin futbolçu bu il İsveç Kubokunda 2, liqa oyununda isə cəmi 1 oyunla (meydanda 20 dəqiqə) kifayətlənib. Son iki oyunda isə rəqabət səbəbindən ona ehtiyat oyunçular skamyasında belə yer verilməyib.


Baş məşqçi Lagerlöf bunun hücumçu üçün ağır bir zərbə olduğunu etiraf edib.

Aydındır ki, onun üçün çətindir. Ardıcıl iki oyunda heyətdən kənarda qalmaq kədərli haldır. Bu, rəqabətli bir vəziyyət olacaq və sonra seçim etməli olacağıq. O, mübarizə aparmağa davam edir, lakin hazırda bir az depressiyaya düşdüyü hiss olunur.  

Mən tam əminəm ki, o özünə gələcək. Bunun çətin olduğunu başa düşürəm və hamımız onunla birlikdə həyəcan keçiririk”.


Qurbanlı özü isə bu çətin dövrdə öz səviyyəsini və əhvalını qorumağa çalışıb:


“Futbolda bəzən oxşar vəziyyətlər yaranır. Hər kəs bunu yaşaya bilər. Mən həmişə olduğu kimi, işimi görməyə və başımı dik tutmağa çalışıram. Mən çox işləyirəm”.

Bundan başqa Musa mövsümün sonunda komandasını dəyişə biləcəyini istisna etməyib: "Mövsümün belə başlayacağını gözləmirdim. Sürpriz oldu. İndi "transfer pəncərəsi" bağlıdır və heç nə edə bilmərik. Yayda nələr olacağını birlikdə görəcəyik. Hansı variantın yaxşı olacağına baxacağıq. Gəncəm və qarşımda uzun karyera var".


Mənbə: fotbollskanalen.se  

0 comments

Recent Posts

See All
bottom of page