"Beşiktaş" üçün liderlik oyunu

Bu gün "Beşiktaş" Türkiyə Superliqasının 29-cu turunda "Qaziantep"lə üz-üzə gələcək.

90plus.az xəbər verir ki, komandalar "Vodafon Park" arenada qarşılaşacaqlar.

Görüş İstanbul təmsilçisi üçün olduqca əhəmiyyətlidir. "Qara qartallar" qalib gəlsə və ya heç-heçə etsə, "Qalatasaray"ı geridə qoyaraq, vahid liderə çevriləcək. Hazırda hər iki komandanın aktivində 57 xal var. İlk "3-lüy"ü isə 55 xalı olan "Fənərbaxça" qapayır. Lakin "Beşiktaş"ın bir oyunu azdır.

Qeyd edək ki, "Beşiktaş" - "Qaziantep" görüşü Bakı vaxtı ilə 20:00-da başlayacaq.

0 comments