top of page

"Beşiktaş"ı Burak Yılmaz çalışdıracaq

Yeni baş məşqçi təyin olunana qədər "Beşiktaş"ı Burak Yılmaz çalışdıracaq.


90plus.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.


"Bu gün klub prezidenti Ahmet Nur Çebi ilə görüşdən sonra köməkçi məşqçimiz Burak Yılmazın baş məşqçi vəzifəsini icra edəcəyi qərara alınıb. Klubun növbəti iclasına qədər bu vəzifədə məsul şəxs Burak Yılmazdır" - deyə açıqlamada bildirilib.


Xatırladaq ki, İstanbul klubunun baş məşqçisi Şenol Günəş bir neçə gün əvvəl istefa verib.


Qeyd edək ki, Türkiyə millisinin sabiq hücumçusu Burak Yılmaz 2006-2008-ci illərdə və 2019-2020 mövsümündə "Beşiktaş"da çıxış edib.



0 comments
bottom of page