top of page

”Beşiktaş”ın çalıçdırıcısı klubun xərcini azaltmaq üçün bahalı oteli tərk edib bazaya köçdü


"Beşiktaş"ın Fernando Santuş 1 aydır qaldığı otelin xərclərini öyrənincə kluba yük olmamaq üçün bazaya köçüb.


90plus.az xəbər verir ki, Santuş daha sonra ailəsi ilə birlikdə yaşamaq üçün İstanbulun Anadolu bölgəsində ev tapıb. Onun lüks həyatı sevmədiyi və villa yerinə mənzilə üstünlük verdiyi öyrənilib. Bildirilib ki, 69 yaşlı məşqçi Caddebostanda mənzil kirayələyib. Ailəsini də özü ilə aparan Santuş buradan bazaya gedib-gələcək. Onun bu təvazökar şəxsiyyəti "Beşiktaş" rəhbərliyində "Nə qədər düzgün seçim etdiyimizi bir daha bizə göstərdi" kimi şərh edilib.


Texniki heyətə “video analiz mütəxəssisi” cəlb olunmasını tələb edən portuqaliyalı həmin işçinin maaşını da özü ödəyəcəyini bildirib. Lakin prezident Hasan Arat bundan xəbər tutan kimi vəziyyətə müdaxilə edib və video analitikin maaşının klub tərəfindən qarşılanacağını bildirilib. Arat bu addımına görə Santuşa təşəkkür edib.



0 comments

Comments


bottom of page