top of page

"Beşiktaş"ın Bakıya səfər planı bəllidir!


"Sabah"la xeyriyyə matçında qarşılaşacaq Türkiyə "Beşiktaş"ının Bakıya səfər proqramı açıqlanıb.


90plus.az xəbər verir ki, İstanbul təmsilçisi Azərbaycan paytaxtına oyundan bir gün öncə - mayın 12-də gələcək. Komandanı gətirəcək təyyarə Bakı vaxtı ilə saat 16:00-da havaya qalxacaq.


"Qara qartallar" "Hilton" hotelində məskunlaşacaqlar. Superliqa təmsilçisi oyundan dərhal sonra Türkiyəyə qayıdacaq.


Qeyd edək ki, mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 18:00-da başlayacaq. Matçdan əldə edilən bütün gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.

0 comments
bottom of page