"Beşiktaş" Əmir Hadziahmetoviçin transferi üçün "Arabamcom Konyaspor"la danışıqlar aparır.
90plus.az “TRT Spor”a istinadən xəbər verir ki, İstanbuk klubu Hadziahmetovic üçün “Konyaspor”a 2,5 milyon avro təklif edib.
“Ağ-qaralar”ın bu təklifi “Konyaspor” tərəfindən qəbul edilməyib.
Qeyd edək ki, bosniyalı futbolçuya “Çempionşip” təmsilçisi “Börnli”nin də təklif etdiyi öyrənilib. Konya təmsilçisi Hadziahmetovic üçün 5 milyon avro istəyir.
