top of page

"Beşiktaş"ın oyunçusu bu kluba keçdi

“Beşiktaş” oyunçusu ilə yollarını ayırıb.


90plus.az “NTV Spor”a istinadən xəbər verir ki, Jozef de Souzanın "Beşiktaş"la müqaviləsi qarşılıqlı razılaşmadan sonra ləğv edilib.


“Ağ-qaralar”la müqaviləsi mövsümün sonunda başa çatacaq braziliyalı futbolçu Çinin “Beijing Guoan” klubuna transfer olunub.


34 yaşlı futbolçu Çin komandası ilə 2 illik müqavilə imzalayıb.


Qeyd edək ki, 2,5 mövsüm “Beşiktaş”da çıxış edən Souza 88 oyunda 9 qol vurub, 4 məhsuldar ötürmə edib.



0 comments
bottom of page