“Bernli” heyətini yeni futbolçu ilə gücləndirib.
90plus.az xəbər verir ki, Premyer Liqa klubu son bu yay “Beşiktaş”dan azad agent kimi ayrılmış Natan Redmondu heyətinə qatıb.
29 yaşlı sağ cinah vingeri ilə 2+1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Redmond ötən mövsüm “Beşiktaş”da 28 oyuna 6 qol və 6 məhsuldar ötürmə müəllifi olub.
