top of page

“Beşiktaş”ın prezidenti: “O, klubumuza qayıtmayacaq!”

“Beşiktaş”ın prezidenti Ahmet Nur Çebi yarımmüdafiəçi Dele Alli haqda danışıb.


90plus.az “beIN Sports”-a istinadən xəbər verir ki, o, ingiltərəli futbolçudən istədikləri performansı ala bilmədiklərini söyləyib:


“Alli bizə qoşulanda çox həyəcanlanmışdıq. O, klubumuza qayıtmayacaq! Ondan gözlədiyimiz performansı ala bilmədik. Ümid edirəm ki, o, daha da inkişaf edəcək”.


Alli 2022-ci ildə İstanbul təmsilçisinə keçmişdi. O, “Beşiktaş”ın heyətində ümumilikdə 15 oyuna çıxıb və üç qol vurub.

0 comments
bottom of page