"Beşiktaş"ın Sergen Yalçın qərarı

"Beşiktaş" baş məşqçisi Sergen Yalçınla yeni müqavilə imzalamağa hazırlaşır. 90plus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klubun prezidenti Ahmet Nur Çelebi 48 yaşlı mütəxəssislə görüşərək müqavilənin detallarını müzakirə ediblər. Tərəflərin 1 həftə ərzində 1 illik rəsmi sözləşmə imzalayacağı gözlənilir. Qeyd edək ki, "Beşiktaş" S.Yalçının baş məşqçiliyi altında Superliqanın 2020/21 mövsümünün qalibi olub.

0 comments