top of page

"Beşiktaş" 3 xalı 3 qolla qazandı


Türkiyə Superliqasında 20-ci tura start verilib. 

90plus.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib. "Beşiktaş" evdə "Alanyaspor"u qəbul edib. Oyun İstanbul təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 20-ci dəqiqədə Cenk Tosun penaltidən fərqlənərək aıb. O, 50-ci dəqiqədə komandasının və özünün 2-ci qolunu vurub. Görüşdə son nöqtəni Dele Alli 58-ci dəqiqədə qoyub. 

Qeyd edək ki, "Beşiktaş" hazırda turnir cədvəlində 38 xalla 3-cü, "Alanyaspor" isə 25 xalla 9-cudur.

0 comments
bottom of page