Bu gün Türkiyə Super Liqasında 9-cu tura start veriləcək.
90plus.az xəbər verir ki, açılış matçında lider “Beşiktaş” İstanbulda “Başakşəhər”in qonağı olacaq.
“Qalatasaray” bu turda “Konyaspor”u qəbul edəcək. “Adana Dəmirspor” “Yeni Malatyaspor”la, “Altay” isə “Fatih Karagümrük”lə üz-üzə gələcək.
Turun mərkəzi görüşü Trabzonda keçiriləcək. Yerli “Trabzonspor” komandası burda “Fənərbaxça”nı qəbul edəcək.
Türkiyə Super Liqası, 9-cu tur
15 oktyabr
21:00 Başakşəhər – Beşiktaş
16 oktyabr
14:30 Girəsunspor – Rizəspor 17:00 Sivasspor – Antalyaspor 20:00 Adana Dəmirspor – Yeni Malatyaspor
17 oktyabr
14:30 Kasımpaşa – Göztəpə 17:00 Qalatasaray – Konyaspor 17:00 Altay – Fatih Karagümrük 20:00 Trabzonspor – Fənərbaxça
18 oktyabr
21:00 Alanyaspor – Kayserispor 21:00 Hatayspor – Qaziantep