“Beşiktaş” “Makkabi Təl-Əviv” klubunun oyunçusu Oskar Qloukhu heyətinə qatmaq istəyir.
90plus.az “A Spor”a istinadən xəbər verir ki, Dele Alli ilə yollarını ayırmaq istəyən “ağ-qaralar” britaniyalı oyunçunun yerinə “Makkabi Tel-Əviv” forması geyinən Oskar Qloukhu transferi üçün hərəkətə keçib.
İstanbul klubu gənc futbolçu üçün İsrail komandasına 5 milyon avro təklif edib.
Bu mövsüm göstərdiyi performansla diqqət çəkən 18 yaşlı oyunçu 22 oyunda 6 qol vurub, 7 məhsuldar ötürmə edib.
