“Beşiktaş”da ciddi itki

“Beşiktaş”ın futbolçuzu Oğuzhan Özyakub zədələnib.

90plus.azklubun saytına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi ötən gün Superliqanın 35-ci turunda “Ankaragücü” ilə matçda (2:2) zədələnib. Oyunçu tibbi müayinədən keçib və onun sağ ayaq əzələsində gərilmə aşkarlanıb. Türkiyə millisinin də üzvü olan futbolçu 2 həftə yaşıl meydanlardan uzaqda qalacaq.

Qeyd edək ki, Özyakup bu mövsüm bütün turnirlərdə 25 matçda 4 qol vurub və eyni sayda qolun ötürməsini verib.

0 comments