“Beşiktaş”da ciddi itki – Çempionlar Liqası matçını buraxacaq

Türkiyənin “Beşiktaş” klubu ciddi itkiylə üzləşib.

90plus.az xəbər verir ki, Super Liqa təmsilçisinin hücumçusu Mişi Batşuayi sıradan çıxıb.


Super Liqanın 11-ci turunun “Hatayspor”la səfər matçında zədələnən Batşuayi bir müddət yaşıl meydanlardan uzaq qalacaq. Belçikalı hücumçu noyabrın 4-də, Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun “Sportinq”lə matçını buraxacaq.


“Beşiktaş” “Hatayspor”a 0:1 hesabıyla uduzub.

0 comments