"Beşiktaş" növbəti transferini həyata keçirib.
90plus.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Bakhtiyor Zaynutdinovu heyətinə qatıb. Qazaxıstanlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 25 yaşlı oyunçu ötən mövsüm Moskva SSKA-sında oynayıb.