"Beşiktaş" "Somaspor"dan (Türkiyə 2-ci liqa təmsilçisi) Emrecan Bulutu transfer edib.
90plus.az klubun saytına istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi ilə 4+1 illik müqavilə imzalanıb. Bu, İstanbul təmsilçisinin yeni mövsüm üçün ilk transferi olub.
Qeyd edək ki, E.Bulut ötən mövsüm meydana çıxdığı 34 matçda 16 qol vurub, 1 qolun ötürməsini verib.
