top of page

“Beşiktaş”dan qovulan Çalımbay: “Gəl desələr, yenə gedəcəm”


“Beşiktaş”da baş məşqçi postundan qovulan Rıza Çalımbay bu qərara münasibət bildirib.


90plus.az "NTV Haber"ə istinadla xəbər verir ki, Çalımbay ona vaxt verilməməsindən incik düşdüyünü deyir:


“Heç peşman deyiləm. İndi də mənə "gəl" desələr, gedərəm. Amma belə hərəkət etsələr, getməyəcəyəm. Bu belə olmamalı idi.


Hasan Arat “Beşiktaşlı azarkeşlərin “Beşiktaş”ı idarə edəcəyini deyir. Yaxşı, idarə et, biz “Beşiktaş”lıyıq. 4-5 oyuna gedən məşqçi heç görmüsünüz?"


Qeyd: "Beşiktaş" hazırda Superliqada 16 turdan sonra 26 xalla 5-ci sıradadır.  Rıza Çalımbay bu postda cəmi 41 gün qala bilib.

0 comments
bottom of page