"Beşiktaş" futbolçuları bizim klublara təklif olunur

“Beşiktaş”ın idarə heyətinin üzvü  Fırat Fidan gənc oyunçularını xarici klublara göndərmək istədiklərini açıqlayıb.


90plus.az “Fotospor”a istinadən xəbər verir ki, klub rəsmisi bir neçə futbolçunun ölkə xaricində təcrübə yığması üçün bu fikirdə olduqlarını bildirib. Danışıqlar aparılan ölkələr arasında Azərbaycanın da adı var.

Onun sözlərinə görə, Oğuzhan Akgün, Kerem Kalafat, Oğuzhan Aydoğan, Erdoğan Kaya və İlkay İşler kimi gənc oyunçuları Kosova, Bosniya və Herseqovina və Azərbaycan klublarına bir illik icarəyə göndərmək niyyətindədirlər.

0 comments