“Beşiktaş” mərakeşli müdafiəçi Romen Saisslə yollarını ayırıb.
90plus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qara qartallar” 33 yaşlı müdafiəçini Qətərin “Əl-Sədd” klubuna satıb.
İstanbul təmsilçisi bu keçiddən 2,5 milyon avro gəlir əldə edib.
Saiss 2022-ci ildən “Beşiktaş”da çıxış edirdi. O, ötən il Mərakeş yığması ilə Qətərdəki dünya çempionatında iştirak etmişdi.