
"Beşiktaş" 10 nəfərlə qaldığı derbini qalib bitirdi.
90plus.az xəbər verir ki, Türkiyə çempionatında "Beşiktaş" 27-ci turda "Fənərbağça"nın rəqibi oldu. Matç 2-4 hesabı ilə səfər komandasının qələbəsi ilə başa çatdı. Matçda 51-ci dəqiqədə Vellinton qırmızı vərəqə alaraq "Beşiktaş"ı 1 nəfər azlıqda qoyub. Ancaq "qonaqlar" bundan sonra 4 qol vuraraq matçı qopara bildilər.
Türkiyə çempionatı:
Fənərbağça 2 - 4 Beşiktaş
⚽️:E.Valensiya 38' (p)
⚽️:C.Tosun 58' 63'
⚽️:N.Redmond 76'
⚽️:V.Abubakar 90+1'
⚽️:İ.Kahveci 90+5'