Türkiyə Super Liqasınln 25-ci həftəsində "Beşiktaş" səfərdə "Başakşəhər"lə qarşılaşıb.
90plus.az xəbər verir ki, “Başakşehir Fatih Terim” Stadionunda keçirilən görüşdə ağ-qara komanda 2:0 hesabı ilə qalib gəlib.
Qarşılaşmada “Beşiktaş”a 3 xal gətirən qollar Abubakar və Masuakudan gəldi. Kamerunlu hücumçu Abubakar matçda 1 qol və 1 məhsuldar ötürmə ilə ulduza çevrilib.
Bu nəticədən sonra "Beşiktaş" xalını 46-ya yüksəldib, "Başakşəhər" 40 xalda qalıb.
