
"Beşiktaş" heyətini yeni oyunçu ilə gücləndirib.
90plus.az xəbər verir ki, İstanbul təmsilçisi "Konyaspor"dan Amir Hadjiahmetoviçin transferini açıqlayıb.
25 yaşlı futbolçu ilə 2027-ci ilin yayına qədər müqavilə imzalayıb.
Qeyd edək ki, Amir Hadciahmetoviç bu mövsüm Superliqa təmsilçisinin heyətində 23 rəsmi matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.