
Türkiyənin "Beşiktaş" klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
90plus.az xəbər verir ki, İstanbul təmsilçisinin hədəfində olan olançu "Arouka"nın sol cinah müdafiəçisi Mateus Kuarejmadır. Bu barədə "A Bola" nəşri məlumat yayıb. "Qara qartallar"ın 26 yaşlı futbolçu üçün Portuqaliya klubuna 1,2 milyon avroluq təklif göndərdiyi bildirilir.
Qeyd edək ki, Mateus Kuarejma "Arouka"ya 2020-ci ilin yayında "Lajeadense" klubundan transfer olunub. Braziliyalı futbolçu cari mövsümdə komandanın heyətində meydana çıxdığı 28 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.