top of page

"Beşiktaş" oyun öncəsi onu da itirdi


"Beşiktaş" Dortmund "Borussiya"sına qarşı UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyununa ciddi itki ilə çıxacaq. 90plus.az İstanbul klubunun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Miralem Pyaniç qarşılaşmanı buraxmalı olacaq. 31 yaşlı oyunçuya tənəffüs yollarının infeksiyası diaqnozu qoyulub və onun müalicəsinə başlanılıb. Daha əvvəl Kevin N Kudunun 3 ay yaşıl meydanlardan kənarda qalacağı dəqiqləşib. Qeyd edək ki, dekabrın 7-də oynanılacaq "Borussiya" - "Beşiktaş" görüşü Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.

0 comments
bottom of page