top of page

"Beşiktaş" Rıza Çalımbayı istefaya göndərdi!


"Beşiktaş" baş məşqçi Rıza Çalımbayla yollarını ayrılıb.


90plus.az klubun mətbuat xidmətinə istinadən məlumat verir ki, qərar komandanın Superliqanın son turunda ötən gecə evdə "Alanyaspor"a uduzmasından (1:3) sonra verilib. İstanbul klubunun əfsanəvi futbolçularından olmuş Çalımbay uğursuz çıxışlara görə istefaya göndərilib.


Qeyd: "Beşiktaş" hazırda Superliqada 16 turdan sonra 26 xalla 5-ci sıradadır.  Rza Çalımbay ötən ay "Beşiktaş"a baş məşqçi təyin edilmişdi. Çalımbay bu postda cəmi 41 gün qala bilib.

0 comments
bottom of page