top of page

"Beşiktaş" "Real"ın sabiq futbolçusunu transfer etmək istəyir

“Olimpiakos”un yarımmüdafiəçisi Xames Rodriges karyerasını Türkiyədə davam etdirə bilər.


90plus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kolumbiyalı futbolçunun yayda “Beşiktaş”a transfer olunmaq ehtimalı var.


31 yaşlı oyunçunun Yunanıstan klubu ilə sözləşməsi mövsümün sonunda başa çatacaq. “Qara qartallar” mümkün transferlə bağlı futbolçu ilə əlaqə saxlayıb.


Xames cari mövsümdə “Olimpiakos”un heyətində 21 oyuna çıxıb, 5 qol vurub və 6 məhsuldar ötürmə edib. O, ötən ilin yayında Yunanıstan təmsilçisinə keçib.


Yarımmüdafiəçi karyerası ərzində “Everton”, “Real”, “Bayern”, “Monako”, “Portu” kimi klublarda forma geyinib.



0 comments

Comentarios


bottom of page