
"Beşiktaş" heyətini daha bir futbolçu ilə gücləndirib.
90plus.az "NTV Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Sampdoriya"dan Omar Kallini transfer edib.
Bu gün İstanbula gələrək tibbi müayinədən keçən qambiyalı mərkəz müdafiəçisinin komandanın axşam məşqində iştirak etdiyi də bildirilib.
Tanınmış futbol insayderi Fabrizio Romano öz Tvitter səhifəsində qeyd edib ki, "Beşiktaş" bu keçid üçün İtaliya klubuna 2.5 milyon avro ödəyəcək.
2018-ci ildən "Sampdoriya"da çıxış edən 30 yaşlı futbolçu bu mövsüm komandanın heytətində ümumilikdə 18 oyuna çıxıb və 1 qol vurub.
Xatırladaq ki, "Beşiktaş" bundan əvvəl "Əl-Nəsr"dən Vensan Abubakarı və "Kayserispor"dan Onur Bulutu heyətinə qatmışdı.