top of page

"Beşiktaş" "Volfsburq"un futbolçusu ilə maraqlanır


Türkiyənin "Beşiktaş" klubu mövsümün sonunda heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır


90plus.az xəbər verir ki, İstanbul təmsilçisi "Volfsburq"da çıxış edən Yozua Qilavoqi ilə maraqlanır. Bu barədə Fransa mətbuatı məlumat yayıb. "Qara qartallar" yayda Almaniya klubu ilə müqaviləsi başa çatan 32 yaşlı yarımmüdafiəçini pulsuz heyətinə qatmaq istəyir.

Qeyd edək ki, "Volfsburq" Yozua Qilavoqini mövsümün əvvəlində "Bordo"dan transfer etmişdi. Fransa millisinin sabiq üzvü Bundesliqa klubunun heyətində 24 rəsmi matçda 1 qol vurub.

0 comments

Comments


bottom of page