Türkiyə Super Liqasının 14-cü həftəsinin təxirə salınmış matçında "Beşiktaş" "Antalyaspor"la üz-üzə gəlib.
90plus.az xəbər verir ki, görüş 0:0 hesabı ilə başa çatıb.
“Ağ-qaralar”ın Tayyib Talha tərəfindən vurulan qoly VAR sistemi ilə ləğv edilib.
Bu nəticədən sonra "Beşiktaş" 40, "Antalyaspor" isə 25 xal qazanıb.
Qeyd edək ki, matçın 04:17-ci dəqiqəsində azarkeşlər meydana çox sayda oyuncaq atıblar. Bu oyuncaqlar fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələdən zərər çəkən uşaqlar üçün göndəriləcək.
