top of page

Bekhem Hollivud aktyorundan məhkəməyə şikayət edib


Dünyaşöhrətli keçmiş futbolçu, İngiltərə millisinin və "Mançester Yunayted"in eks oyunçusu, "İnter Mayami" sahibi Devid Bekhem Hollivud aktyoru Mark Uolberqin şirkətini məhkəməyə verib.


90plus.az xəbər verir ki, Bekhem bu yaxınlarda aktyorun fitnes brendi F45-in siması olmağa razılaşıb. Lakin sövdələşmə uğursuz olub və nəticədə sabiq futbolçu maliyyə itkisinə məruz qalıb. Bekhemin 8,5 milyon avro itirdiyi deyilir.


"Mark Wahlberg Investment Group" (MWIG) və F45 brendinin təsisçiləri Mark Uolberqə qarşı fırıldaqçılıq iddialarının əsassız olduğunu bildirirlər. Onlar hakimdən iddianın rədd edilməsini istəyirlər.


Qeyd: Əvvəlcə qolfçu Qreq Norman da F45 idman markası haqqında fırıldaqçılığa dair iddialar səsləndirmişdi. 

0 comments

Komentarze


bottom of page