Bekhem İngiltərə nəhəngini alır

"Mançester Yunayted"in keçmiş futbolçusu Devid Bekhem İngiltərə klubunun ortaq sahibi ola bilər.


90plus.az "Daily Mail"ə istinadən bildirir ki, keçmiş yarımmüdafiəçi klubu tək almaq iqtidarında olmasa da, Qleyzerlər ailəsinin yerini tuta biləcək konsorsiumda pay almağa hazırdır.


Daha əvvəl "Mançester Yunayted" rəsmi olaraq təsdiqləmişdi ki, klubun sahibləri onu satmaq imkanlarını araşdırırlar.


Qleyzerlər ailəsi 17 ildir “qırmızı şeytanlar”ın sahibidir.

0 comments