Bekhem Messini öz komandasında görmək istəyir!


ABŞ-ın "İnter Mayami" klubu Fransa PSJ-sinin futbolçusu Lionel Messi ilə müqavilə bağlamaq istəyir.

"90plus"un məlumatına görə, bu barədə Amerika komandasının hücumçusu Qonsalo İquain açıqlama verib. 34 yaşlı forvard danışıqların gedişindən xəbərsiz olduğunu bildirib. Lakin onun fikrincə, tezliklə anlaşma əldə olunmayacaq: "Klubumuz Messi ilə müqavilə bağlamaq istəyir. Baxaq, görək, necə olur".

Qeyd edək ki, Lionel Messi PSJ ilə sonradan daha 1 mövsüm uzadıla bilməsi şərti əsasında 2 illik müqavilə bağlayıb. "İnter Mayami" İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq futbolçusu Devid Bekhemə məxsusdur.

0 comments