Bekhemin klubu Ronaldoya illik 34 milyon avro maaş təklif edib

ABŞ-ın "İnter Mayami" klubu İngiltərənin "Mançester Yunayted" komandasında çıxış edən portuqaliyalı futbolçu Kriştiano Ronaldoya illik 34 milyon avro məvacib təklif edib.


"Report" "Daily Star"a istinadən xəbər verir ki, artıq tərəflər mümkün transferi müzakirə ediblər. Razılıq əldə olunsa, 37 yaşlı hücumçu gələn ilin yanvarında "İnter Mayami"yə keçəcək.


Təcrübəli forvard İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq futbolçusu Devid Bekhemə məxsus kluba hələlik yekun qərarını bildirməyib.


Qeyd edək ki, Kriştiano Ronaldo bu mövsüm "qırmızı şeytanlar"ın heyətində 9 oyuna çıxıb və 1 qol vurub.

0 comments