Bekhemin klubu unikal forma təqdim edib


Devid Bekhemin "İnter Mayami" klubu yeni formasını okeanın dibində təqdim edib. 90plus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni formalar ətraf mühitin, o cümlədən, okeanların çirkləndirilməsi probleminə həsr olunub. Uniformanın 50%-i yenidən işlənilmiş plastik maddələrdən ibarətdir.

Qeyd edək ki, forma dəstini model Koral Tomaşik təqdim edib. Tomaşik bundan ötrü okeanın 30 metr dərinliyinə baş vurub.



0 comments

Recent Posts

See All