"Belçika millisi Ronaldoya yox, Portuqaliyaya qarşı oynayacaq"

“Portuqaliyalı azarkeşlər çox emosionaldır. Xoşbəxtlikdən oyun bazar günüdür. Uşaqlarım Portuqaliyada təhsil alır. Ancaq bu gün onlar “qırmızı şeytanlar”ın formasını geyinəcəklər". 90plus.az xəbər verir ki, bu sözləri Belçika millisinin üzvü Yan Vertonhen Avro-2020-nin 1/8 finalında Portuqaliya ilə keçiriləcək oyun haqda danışarkən deyib. Hazırda Portuqaliyanın "Benfika" klubunda çıxış edən müdafiəçi UEFA-nın saytına açıqlamasında rəqibin kapitanı Kriştiano Ronaldo və komanda yoldaşlı Romelu Lukaku haqda fikirlərini də bildirib:

"Portuqaliyalıların 99 faizi Ronaldonun millidəki formasını geyinir. Ona çox hörmət edirəm. Belçika millisi Ronaldoya qarşı yox, Portuqaliyaya qarşı oynayacaq. Onların da yaxşı futbolçuları var, bizim də. Romelu Lukaku? Onu 16 yaşından tanıyıram. O, bənzərsiz bir yol keçib. Hazırda dünyanın ən yaxşı hücumçularındandır. Onun çalışqanlığı göz qabağındadır. O, hamı üçün nümunə olmalıdır”. Qeyd edək ki, bu gün keçiriləcək Belçika – Portuqaliya matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

0 comments