top of page

Belçika millisinin qapıçısı düşərgəni tərk edib


Belçika millisinin üzvü Tibo Kurtua yığmanın düşərgəsindən ayrılıb.

90plus.az xəbər verir ki, bu barədə Belçika Kral Futbol Federasiyası məlumat yayıb.


Əvvəllər mətbuatda bildirilirdi ki, Kurtua Kevin de Brüynenin yoxluğunda milli komandaya onun yox, Romelu Lukakunun kapitan təyin olunmasından narazıdır. Belçika mediası 31 yaşlı qolkiperin bu səbəbdən yığmadan ayrıldığı qeyd edib. Lakin federasiya hələlik Kurtuanın düşərgəni tərk etməsinin səbəbini açıqlamayıb. 

Digər bir mənbəyə görə, Kurtuanı millinin baş məşqçisi Domeniko Tedeskonun dediyi sözlər təsirləndirib. Tedesko daha əvvəl qapıçı haqda bu fikirləri səsləndirib: “Mən Romelu və Tibo ilə danışdım. Romelu Avstriyaya qarşı, Tibo isə Estoniyaya qarşı matçda meydana kapitan sarğısı ilə çıxacaq. Çünki Kurtuanın da təqdir olunduğunu hiss etməsi bizim üçün vacibdir".

Belçika Kral Futbol Federasiyası məlumatında sadəcə Kurtuanın Avro-2024-ün seçmə mərhələsinin 4-cü turunda Estoniya ilə oynamayacağını təsdiqləyib. 

Qeyd edək ki, Belçika millisi Azərbaycan yığmasının Avro-2024-ün seçmə mərhələsindəki rəqiblərindəndir. 

0 comments
bottom of page