top of page

Belçikalıların arasında yenə insident baş verdi

Qətərdə keçirilən dünya çempionatında Belçika millisinin futbolçuları arasında insident yaşanıb.


90plus.az "LEquipe"ə istinadən xəbər verir ki, bu, yığmanın iclasında baş verib.


Münaqişə Kevin De Brüyne, Eden Azar və Yan Vertongen arasında olub. Onları yığmanın digər üzvü Romelu Lukaku sakitləşdirə bilib.


Bundan əlavə, Belçika komandasında oyunçular arasında münasibətlərin yaxşı olmadığı bildirilir. De Brüyne qapıçı Tibo Kurtua ilə, Azar Leandro Trossardla danışmır. Lukanın isə Mişi Batşuayi ilə münasibətinin yaxşı olmadığı vurğulanıb.


Qeyd edək ki, Belçika seçməsi F qrupunda 3 xalla üçüncü sıradadır. Komanda sonuncu - III turda Xorvatiya ilə üz-üzə gələcək. Daha əvvəl "qırmızı şeytanlar"ın Kanadaya 1:0 hesabı ilə qalib gəldiyi matçda Kevin De Brüyne və Tobi Alderveyreld arasında insident baş verib.

0 comments
bottom of page