"Belə bir matç ilk tur üçün əsl bombadır"



"Bayern"nin qapıçısı Manuel Noyer Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Barselona" ilə matç öncəsi fikirlərini bildirib. 90plus.az UEFA-nın saytına istinadən xəbər verir ki, o deyib: "Barselona" ilə 2020-ci ildəki oyunumuzu heç vaxt unutmayacağıq. Amma bizi qrup mərhələsində 2 yeni oyun gözləyir. Belə bir matç ilk tur üçün əsl bombadır. Bu turnirdə mübarizəyə başlamağı səbirsizliklə gözləyirik". Qeyd edək ki, "Barselona" - Bayern" görüşü bu gün saat 23.00-da keçiriləcək.

0 comments