"Belə heyət yığırıqsa, deməli..." - Ramin Quliyev

"Sabah"ın baş məşqçisi Ramin Quliyev Azərbaycan Premyer Liqasının 1-ci "Səbail"ə 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib.

90xəbər verir ki, o, rəqibi qələbə münasibəti ilə təbrik edib.

- Özümüzə gəlincə, 3 xal üçün oynadıq. Futbolçuların oyuna hazırlığından, yanaşmasından razı qaldım. Futbolda belə məğlubiyyətlər olur. Elə olur pis oynayıb qazanırsan, elə də olur yaxşı oynayıb uduzursan. Bu da belə oyunlardan biridir. - Komandanın istədiyiniz oyunu oynaması üçün nə qədər vaxt lazımdır? - Yeni qoşulanlar və zədəlilər var. Xulio Sezar Rodriqes Gürcüstan toplanışında zədələnib. Oyun baxımından tam komplektləşməmişik. Getdikcə daha daha yaxşı komanda görəcəyik. Sadəcə, vaxt lazımdır. Heyətimiz yenilənib, vaxta ehtiyacımız var. Ancaq bu, məğlubiyyətə bəhanə deyil. - Rəhbərlik qarşınıza hansı məqsədi qoyub?

- Belə heyət yığırıqsa, deməli, qarşımıza qoyulan məqsəd avrokuboklara vəsiqə qazanmaqdır. Əsas hədəf budur. Potensialımız var, qarşıdakı turlarda daha yaxşı olacağıq. - Komanda özünə gələnə qədər, məğlubiyyətlər olarsa, rəhbərliyin sizin gələcəyinizlə bağlı qərarı necə olacaq? - Rəhbərliyin işinə qarışmıram. Tez bir zamanda bu məğlubiyyəti unudub, növbəti matçlarda qələbə qazanmaq üçün hazırlaşacağıq. - Nəticə ədalətlidir? - Rəqibin qələbəsinə kölgə salmaq istəmirəm. Bu, futboldur. Elə oyunlar var ki, oynayıb uduzursan. Bu da onlardan biri idi. Futbolun da gözəlliyi budur.

0 comments