top of page

"Belarus üzərində qələbə qazanaraq həm özümüzü, həm də Azərbaycan xalqını sevindirək”


"Qazaxıstanla oyunu çox yaxşı başladıq, kifayət qədər qol imkanları yaxaladıq. Müdafiədə də etibarlı idik. Sadəcə, hücumda qol imkanlarını reallaşdıra bilmədik”. 90plus.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Bəhlul Mustafazadə Serbiyada Belarusa qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin II tur oyunundan əvvəl mətbuat konfrasında deyib. 25 yaşlı müdafiəçi Belarusla görüşə hazır olduqlarını söyləyib: “Rəqibi təhlil etmişik. Kifayət qədər kompakt komandadır. Onlara qarşı kreativ olmalıyıq. Qazaxıstanla matçda qol imkanlarını qaçırdıqca bizim də üzərimizə təzyiqlər düşdü və səhvlərdən qollar buraxdıq. Belarus da Qazaxıstan kimi, 5 müdafiəçi ilə oynayır. Belarus Qazaxıstandan daha kompakt çıxış edir. Buna görə də kreativliyimizi artırmalı və ələ düşən imkanlardan yararlanmalıyıq”. O, Qazaxıstana məğlubiyyətin komandaya pis təsir etdiyini söyləyib: “Ölkəmiz uğrunda mübarizə aparırıq. Heç kim uduzmaq istəməz. Təəssüf ki, uduzduq. Əlimizdən gələni edəcəyik ki, Belarus üzərində qələbə qazanaraq həm özümüzü, həm də Azərbaycan xalqını sevindirək”.

0 comments
bottom of page