top of page

Bellingem “Braqa”ya qarşı oynaya biləcək? - Ançelotti AÇIQLADI

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya çempionatının 12-ci turu çərçivəsində “Rayo Valyekano” ilə heç-heçədən (0:0) sonra yarımmüdafiəçi Çud Bellingemin zədəsi haqda danışıb.


90plus.az “Football Espana”-ya istinadən xəbər verir ki, o, ingilis futbolçunun tibbi müayinədən keçəcəyini bildirib:


“Bellingemdə çiyin problemi var. Sabah o, tibbi müayinədən keçəcək. Ümid edirəm ki, o, çərşənbə günü “Braqa”ya qarşı oynaya bilər”.

“Real” 29 xalla La Liqanın turnir cədvəlində ikinci yerdədir.



0 comments
bottom of page