top of page

Bellingem bunu edən ən gənc oyunçu oldu

Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Çud Bellingem Almaniya Bundesliqasında 50 qələbə qazanan ən gənc futbolçu olub.


90plus.az xəbər verir ki, ingiltərəli futbolçu Bundesliqanın 21-ci turunda “Herta” üzərində yubiley qələbəsini (4:1) 19 yaş 235 gündə qazanıb.


Bundan əvvəl rekord Julian Drakslerə məxsus idi – 20 yaş 232 gün.


Bellingem 2020-ci ildən “Borussiya”nın əsas komandasında çıxış edir.



0 comments
bottom of page