"Real"ın yeni transferi Cud Bellinqem Madrid təmsilçisinə keçidi haqqında danışıb.
90plus.az AS-a istinadən xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi xoşbəxt olduğunu deyib:
“Hər kəsə təşəkkür etmək istəyirəm. Bu gün arixin ən böyük futbol klubuna qoşulduğum gündür. Çox sağ olun. Xüsusən də "Real" rəhbərliyinə, ailəmə müqavilə imzalanmasını mümkün qədər asanlaşdırmaq üçün göstərdikləri səyə görə minnətdaram. Pul o qədər də vacib deyil. "Real"a gələndə bu haqda düşünməmişəm. "Real"ın təklif etdiklərini bəyəndim, hər şeyin sürətli olmasını istədim. Məsələ digər komandaların pis olması deyil. Sadəcə olaraq mən "Real"ı seçdim”.
Qeyd edək ki, tərəflər dünən 6 illik müqavilə imzalayıblar. Bellinqem komandada 5 nömrəli formanı geyinəcək.
